İDDO Sağlamlıq Mərkəzi
IDDO Nədir?
“İDDO” psixoloji inkişaf proqramı olaraq iddoçunun psixi inkişaf sistemini təmin etməyə köklənmişdir. Fərdin psixikasının sağlam təməllər üzərində inkişafı önəmlidir. Bu proqramın tətbiqi fərdin yaş psixologiyası və psixi inkişafı əsasında aparılır.
Bizim üçün psixiki sağlamlıq əsas olduğu üçün iddoçu ilə yanaşı, onun ətrafı və ona təsir edəcək şəxslərlə də işlər görülür. Belə ki, uşaqlarla yanaşı onların valideynləri də diqqət mərkəzində saxlanılır və onların ortaq zövqlərinin tapılması üzərində işlər aparılır.
“İDDO” proqramının standartının əsası şəxsiyyət yetişdirməkdir. Şəxsiyyət kimi formalaşdırdığımız fərd özgüvənli, özünü rahatca təqdim edən, yeni nailiyyətləri əldə edən, daxili bacarıqlarını ortaya çıxaran şəxslərdir. İnkişaf meyilli bir həyatın pillələri “İDDO” proqramı sayəsində sağlam təməllərlə qurulur.

Turkish
English
日本語
Русский
Français
Deutsch
Nederlands
Italiano
Español