İDDO Psixi Sağlamlıq Proqramı Azərbaycanda psixi sağlamlıq xidmətlərinin inkişafı, mütəxəssislərin qeydiyyat və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də psixoloji xidmətlərin vahid elektron sistem üzərindən təşkili məqsədilə yaradılmış müasir və innovativ bir platformadır.
Proqramın əsas istiqaməti psixoloqların fəaliyyətinin şəffaf şəkildə izlənməsi, xidmətlərin keyfiyyətinin artırılması və ölkədə psixi sağlamlıq sahəsində vahid idarəetmə modelinin formalaşdırılmasıdır. İDDO bu məqsədlə TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Ombudsman Aparatı, Milli Məclis, Azərbaycan Standartlaşdırma İnstitutu və digər qurumlarla sıx əməkdaşlıq edir.
Missiyamız
-
Psixi sağlamlıq sahəsində vahid elektron nəzarət və qeydiyyat sistemini formalaşdırmaq
-
Cəmiyyətin psixoloji rifahını gücləndirmək
-
Peşəkar psixoloqlar üçün şəffaf və etibarlı fəaliyyət mühiti yaratmaq
-
Dövlət qurumları ilə birlikdə psixoloji xidmətlərin keyfiyyətini artırmaq
-
Əhalinin bütün qrupları üçün psixoloji yardımı əlçatan etmək

Turkish
English
日本語
Русский
Français
Deutsch
Nederlands
Italiano
Español